DEZİNFEKSİYA

(lat. Inficere- yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr.

Dezinfeksiya və dezinseksiya əksepideik işin tərkib hissəsi olub,törədicinin yoluxma yollarini və amillərini,deratizasiya isə infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki və mexaniki üsulları var:

Bioloji üsulla axar sular və gölməçələr dezinfeksiya edilir.
8 Fiziki üsulla yüksək temperatur (quru və rütubətli isti hava), normal və yüksək təzyiqli su buxarı, qaynar su geniş tətbiq olunur.

Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları şotka ilə, mebel və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün olmadıqda kimyəvi üsuldan istifadə edilir.

BİZİMLƏ ƏLAQƏ

+994 12 488 07 85

Babək prospekti, "Babək Plaza" 8-ci mərtəbə, 8B