DERATİZASİYA

İnfeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir.

Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir. Bu zaman həm profilaktika işləri aparılır, həm də bunları tələf edirlər. Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerlərdə yerləşdirirlər ki, həmin gəmiricilər ora girə bilməsinlər. Gəmiriciləri bioloji, kimyəvi və mexaniki yolla qırırlar.

Bioloji metod onların düşmənlərindən pişiklərdən, itlərdən və s. istifadə edilməsidir. Mexaniki üsul isə tələlərdən istifadə olunmasıdır.
Kimyəvi metodda müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.

Bundan başqa, aldadıcı yemlərdən (krısid, zookumarin, difenasin, ratindan, barium-karbonat, sink-fosfid, tiosemikarbazid, arsen preparatları) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, tərəvəz, taxıl və s. qatırlar. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi də qatılır.

Zəhərli aldadıcı yemləri sanepidemioloji stansiyanın xüsusi təlim keçmiş işçiləri hazırlamalı və işlətməlidirlər.