FUMIQASIYA

Fumiqasiya (latınca fumiqatio- tüstü verirəm, tüstülədirəm) bitki xəstəlikləri törədicilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir.

Anbar, dəyirman, elevator, istixana, parnik, kənd təsərrüfatı məhsulları (taxıl, meyvə, tərəvəz və s.),  bitkilər (üzüm, çay, sitrus bitkiləri), torpaq və s. fumiqasiya edilir.

Fumiqasiyanın vaxtı, üsulu və effekti fumiqantlardan, fumiqasiyanın obyektindən, həmçinin zərərverici və xəstəliklərlə yoluxma dərəcəsindən aslıdır.