HAVALANDIRMA SİSTEMLƏRİN TƏMİZLƏNMƏSİ

 




Kanalın təmizlənməsi

Daxilində olduğunuz bina sisteminin müəyyən zaman keçdikdən sonra çirklənmiş hava kanallarında hava sirkulyasiyası yox deyiləcək qədər az ola bilər. Çöldən gələn hava, toz, natəmizlik, çıxan duman və s. digər zərərli təsirlərlə əlaqədar  havalandırma kanallarınız dolur və bu da təbii olaraq müxtəlif xəstəliklərə səbəb olur. Binanın daxilində yaşayan insanlar, ya da iş yeri olarsa orada işləyən heyətiniz, müştəriləriniz çirkli hava kanallarından daxili məkana daşınan hava nəfəs yolu ilə qəbul olunduğu üçün bir sıra sağlamlıq problemləri ilə qarşılaşa bilər.

Havalandırma  sistemlərində prinsip olaraq təmiz hava xarici mühitdən qəbul edilir. Xarici mühitdə olan tozlar kanalın daxilinə dolur. Binanın yerləşdiyi yerli sahədə xarici mühitin toz dərəcəsi kanalın çirklənmə müddətini müəyyən edir. İnşaat işləri aparıldıqdan sonra təmizlənmiş kanallar, xarici mühitdən gələn tozlardan ibarət çirk təxminən 5 ildə kanal daxilində təmizliyə ehtiyac duyulur. Bu xarici mühitin tox dərəcəsindən asılı olaraq 3 ilə də ola bilər, 8 ilə də çıxa bilər.

Bu kanalların hazırlanması məshələsində ümumiyyətlə binalar inşaat vəziyyətindədir.  Bu səbəblə əlaqədar havalandırma kanalı yeni düzəlsə belə, tikinti sahəsində yaranacaq tozlar kanal daxilinə yerləşir. Bu tozlar kanalın işləməyə başlaması ilə eyni zamanda bütün sistemə yazılır. Bu səbəblərlə əlaqədar havalandırma kanalı yeni montaj olunsa da, mütləq təmizlənməlidir.

  • Yağlı Kanalın təmizlənməsi (yeməkxana)

Otel, restoran, sosial qurumlar, yeməkxana və yemək şirkətlərinin mətbəxlərində olan ocaqların ve bunların üzərində olan bacaların yemək qızartma buxarı vasitəsi ilə yaranan yağlı təbəqənin təmizlənməsi və assenizasiyası (təhlükəsizlik və gigiyenik qaydalardan istifadə olunması üçün həyata keçirilən əməliyyatlar)

  • Təmizliyin əhəmiyyəti və məqsədi
    • Ocaqda bişən yeməyin üzərinə buxarın istiliyi ilə baca daxilində yaranan və kauçuklaşan yağların ocaq üzərindəki yeməyə düşərək zəhərlənmə təhlükəsi yaratması  
    • Ağır yağ iyinin məkana hopması və qalıcı pis iyin qonaqlarınız və müştərilərinizi narahat etməsi
    • Tullantı yağların zamanla baca daxilində bakteriyaya səbəb olmaları və məkanın gigiyenanı pozması.
    • Baca daxilində qalınlaşan yağ təbəqəsinin doluluk faizinin çox olması səbəbi ilə yemək və qızartma buxarının xaricə atılmasını təmin edən havalandırma mühərriyinin ( salyangozun) yarpaqları yağ təbəqəsi ilə dolaraq lazımi rentabelliyi verməməsi elektirik sərfinə səbəb olur.
    • Havalandırma mühərriyinin güc tətbiq olunması ilə əlaqədar  yanması bacanın tullantı buxarını çəkə bilməyəcək vəziyyətə düşməsi
    • Ən əhəmiyyətlisi və təhlükəlisi YANĞIN ÇIXMA ehtimalının çox yüksək olmasıdır. Kauçuklaşan tullantı yağlar çox yanıcıdır. Bu vəziyyətdə yanan bacaya müdaxilə etmək çox çətindir, hətta imkansızdır. http://albaklima.com/aldag/images/icon_bos.png Bacanın istiliyi get-gedə artmağa davam edir və çevrəsindəki elektirik kabelləri və yanıcı maddə olaraq nə varsa yandırır. Həyata keçiriləcək yeganə şey məkanı təhlükəsiz şəkilde tərk edərək yanğın söndürənin gəlişini gözləməkdir.
    • Bu cür yağlı bacaların təmizlənməsi qanuni baxımdan da zəruridir. Sıxlıq və yağ yaranma populyasiyasına görə dövri profilaktika və təmizlik şərtdir.

     

  • Aspiratorun təmizlənməsi
    • Bişən yeməyin yağ və buxarının ilk rastlaşdığı yer aspiratordur. Eyni zamanda yemək hazırlanan yer də açıq olduğu üçün gigiyenanın ən əhəmiyyətli olduğu yerdir.
    • Təmizliyi sistemli şəkildə aparılmayan  aspiratorların üstündəki yağlar asanlıqla tutuşub yana bilər.
    • Yığılan yağlar yeməklərin üstünə damlayaraq yeməyin və mətbəxin gigiyenasını pozur.
    • Müəssisənin ağır yağ iyi gəlməsinə səbəb olur.
    • Aspiratorun çirkli görünüşü müəssisənin keyfiyyətini və imicini aşağı salır.
    • Mühərriyin təmizlənməsi


Yemək bişdiyi zaman çıxan yağlı buxarın kanaldan atılması vəzifəsini ventilyator mühərriyi həyata keçirir. Dövri olaraq təmizlənməyən mühərriyin yarpaqları (dilləri) yağla əlaqədar həm kütlə  olaraq ağırlaşır, həm də dövriyyə sayı olaraq ağırlaşır. Qısaca, iş həcmi aşağı düşür və lazımsız elektrik istifadəsinə səbəb olur. Yığılmış yağ faizinə görə bu sərfiyyat  30% -ə çata bilər.  Hətta, mühərrik yanaraq, iş itkisinə və maddi itkiyə yol açar.

MÜŞAHİDƏ ETMƏ VƏ TƏMİZLƏMƏ ƏMƏLİYYATI

Ətraf mühitin çirklənməsi mövzusunda ölkəmizdən öncə tədbirlər görməyə başlamış və məsafə qətt etmiş qərb ölkələri ədəbiyyatında ümumi məqsədli iş mərkəzi və buna bənzər müəssisələrdə ən çox 7 ildən bir təmizlik aparılması məsləhət görülür.

Təmizlikdən əvvəl araşdırma robotu havalandırma kanallarının daxilinə varsa mövcud olan bir təmizləmə qapağından istifadə edilərək, ya da bir mənfəz girişinden daxil edilir. Bu robotun biri önündə,digəri arxasında olan iki kamerası vardır. Araşdırma robotu kiçikdir və kəsiyi 200*120 mm-dən böyük hər növ dördbucaqlı kanalda, 250 mm. Diametrindən böyük hər növ dəyirmi kanalda irəli geri hərəkət edə bilir. Robotun üzərindəki haloid lampaların işıq nizamlaması ilə ən uyğun görüntünü əldə etmək mümkündür.

Araştırma robotu ilə xətalı emal və quraşdırılmış, aşınmaya məruz qalmış, çirklənmiş əraziləri görə bilər, videoya qeyd edə bilərsiniz. Bu ərazilərin tam yerini də dəqiq şəkildə müəyyən edərək, layihəyə əsasən işarə edə bilərsiniz.

Təmizləmə robotları təxminən 20 m. kabellə idarə olunur.  Bu səbəblə 100 mm 2000 mm arasında aerostatların köməyi ilə təmizlənəcək ərazi ayrılır. Bu əraziyə uyğun fırçalar taxılan robotların mexaniki fırçalaması ilə toz və çirklər kanal səthindən  təmizlənir. Vakum mühərriklərinin köməyi ilə sıx çirkli hava bu hissədən alınaraq xüsusi hepa filtrli sorma cihazından keçirilərək xaricə atılır. Kanal daxilində uçuşma səbəbi ilə qalacaq son çirk də təzyiqli azot qazı püskürtən xüsusi forsunka başlığının köməyi ilə mühitdən uzaqlaşdırılaraq kanal təmizləmə əməliyyatı tamamlanır.

Bacanın profilaktikası və təmizlənməsi, yanğından qorunma tədbirləri arasında əhəmiyyətli bir yer tutur. Türkiyədə hər il bina yanğınlarının 20%-i  təmizlənməyən bacalardan irəli gəlir. Bacalar təmizlənmədiyi və yandırıcılar düzgün yerə qurulmadığı zaman, yanacaqlar az və səmərəsiz yanır. Az yanma nəticəsində yaranan çirkli qazlar və detallar bacanın tıxanmasına səbəb olur. Baca qazının geri atılması ve karbonmonoksit qazının ortama yayılması ilə əlaqədar zəhərlənmə halları baş verir.

Bu səbəblə qanunvericilik bacaların təmizlənməsi nöqtəsində nizamlamalar irəli sürmüş və  qaz istifadəçisini ” Yandırma müəssisə sahibi, isitmə mövsümündən əvvəl ildə minimum bir dəfə yandırma müəssisəsinin  profilaktika/təmirini və bacanın təmizlənməsini həyata keçirir və ya həyata keçirilməsini təmin edir.  ” maddəsini labüd hesab etmişdir.