QAZANXANA XİDMƏTİ

Buxar Qazanı Suyunun Təmizlənməsi Məqsədi:

Buxarın tərkibindəki enerji və rahat daşınabilməsi səbəbiylə sənayenin bütün sahələrində və böyük isitmə sistemlərində istifadə edilir. 1 atü təzyiqdəki 1Kg buxar sıxlaşarkən təmasda olduğu mühitə 540 Kcal (627 Watt) enerji verir. Su universal bir həll edicidir. Həll edilmiş halda bəzi qazları (O2 ,CO2), kimyəvi maddələri (Ca, Mg, Na, Fe kimi kationları, CO3, HCO3, Cl, SO4, kimi anionları) və asqıda qatı maddələri ehtiva edir. Eyni zamanda, suyun içində mikroorqanizmlər də olur. Su ehtiva etdiyi bu maddələr səbəbi ilə buxar istehsalı və sistemlərində başlıca bu problemləri yaradır:

QABIQ və KORROZİYA!

1. İstilik Ötürülən Səthləri Təmiz Tutaraq, Enerji İtkilərini Aradan Qaldırmaq

Su həll edilmiş vəziyyətdə bəzi kimyəviləri ehtiva edir. Xüsusilə kalsium və maqnezium duzlarının həlli olunması istiliyin artması ilə azaldığı üçün, bu duzlar silikatlarla birlikdə kristallaşaraq səthlərdə aparılması çətin bir təbəqə meydana gətirir. Bu təbəqə qabıq, ərp (scale) olaraq adlandırılır. Bu qabıq istilik ötürülməsi aşağı salaraq enerji itkisinə səbəb olur. Eyni zamanda qabıq, alov və ya su borularının həddindən artıq qızmasına, metal yorğunluğuna və son nəticə olaraq da deşilməsinə və qəzalara gətirib çıxarır.

2. Korroziyani Önləyərək, Qazanın Ömrünü Uzatmaq, Servis Xərclərini Azaltmaq

Elektro-kimyəvi korroziya nəticəsində metalın birləşmələr halına çevrilməsinə və itkisinə səbəb olur. Korroziya nəticəsində deşilmələr görülür. Buxar qazanlarında korroziya səbəbi sərbəst oksigen, karbondioksid (CO2) və qazan suyunun həddindən artıq qələvi olmasıdır. Korroziya tüstü və alov borularında deşilmələrə səbəb olduğu kimi, yaranan metal oksidləri çöküntü meydana gətirərək tıxanmalara gətirib çıxarar.

3. Buxarın Saf Olması

Qazan suyu içində həll olunmuş kimyəvi maddələr hədd dəyərlərindən daha çox olsa, bu kimyəvilər buxar ilə daşınaraq istifadə edildiyi yerlərdə problem meydana gətirər.
Buxar Qazanı Suyunun Hazırlanması:

Su, ehtiva etdiyi kimyəvilər və çirklər səbəbiylə istənməyən problemlər yaradır. Problemlərdən uzaq olmaq üçün suyu tərkibindəki minerallardan təmizləmək və/və ya problem yaradan kimyəviləri dəyişdirərək problemləri həll edən yeni kimyəvilər istifadə etmək lazımdır. Qeyd olunan əməliyyatların hamısı su hazırlanması (Water Treatment) olaraq adlandırılır. Buxar qazan suyunun hazırlanması iki mərhələdə edilir.

• Su qazana girmədən öncə suyun hazırlanması ( Ön Təmizləmə)
• Bəslənmə suyunun hazırlanması (Qazan içi təmizləmə)

Ön Təmizləmə:

1. FİLTRASİYA: Suyun, asqıda qatı maddələrdən təmizlənməsi

2. SUYUN YUMUŞADILMASI: Suya sərtlik verən kimyəvilər kalsium və maqnezium duzlarıdır. Su kation deyişdirici qatrandan keçərsə, kalsium və maqnezium duzları natrium duzlarına dönür. Natrium duzlarının həll olunması kalsium və maqnezium duzlarına nisbətdə daha yüksək olduğundan qabıq formalaşması riski azalır.