SU HOVUZLARIN TƏMİZLƏNMƏSİ

Hovuz suyuna qulluq dedikdə nə nəzərdə tutulur? Yaxşı, böyük, keyfiyyətli hovuz tikmək azdır. Həm hovuzun təmiz saxlanması və onun istifadə müddətinin azaldılması, həm də gigiyenik məqsədlərlə hovuzun suyuna dövri olaraq qulluq etmək lazımdır.

Biz bu işdə sizə kömək edəcəyik, çünki ən yaxşı filtr və müasir avadanlığı olan istənilən hovuzun da müntəzəm profilaktikaya ehtiyacı var. Hovuzu olan hər kəsin qarşılaşdığı problemlər var: inşaat işlərindən sonra hovuzun sonuncu təmizlənməsi, göbələk və yosunların, kalsium və duzların, hovuzda suyun qırağında əmələ gələn çirk zolağının silinməsi. Daha yaxşı nəticələr əldə etmək istəyirsinizsə, biz ən azı həftədə 1 dəfə təmizləməyi tövsiyə edirik.

Qeyd edək ki, hovuzun təmizlənməsi aqressiv kimyəvi preparatların istifadə edilməsini tələb edən çox zəhmətli, kompleks prosesdir. Bu işlərin kompleksi hovuzda kimyəvi təmizliyin aparılması, pH səviyyəsinin normada saxlanması, hovuza texniki xidmət və s.-dən ibarətdir. Müasir kompleks vasitələr sayəsində biz hovuzların kimyəvi təmizliyini həyata keçirir və onlara uğurla qulluq edirik. Sizə də hovuzun dövri kimyəvi təmizliyini peşəkarlara tövsiyə edirik, çünki onlar həm də konstruksiyaya mexaniki və ya digər zərər vurmadan təmizlik apara bilərlər.

Bundan əlavə, hovuzun təmizliyi zamanı kimyəvi dərmanlarla düzgün davranılmaması nəticəsində sağlamlığınıza ciddi zərər bura bilərsiniz. Ancaq yenə də “Niyə peşəkarlara müraciət edək?” deyirsinizsə, cavabımız: birincisi, artıq dediyimiz kimi, kimyəvi vasitələrdən düzgün istifadə edilməməsi istər sağlamlıq, istərsə də hovuzun vəziyyəti baxımından təhlükəli ola bilər, ikincisi əgər təmizlik düzgün aparılmasa, ya da dərmanlar düzgün dozada seçilməsə təmizlik effektiv olmaz və hovuz suyu tezliklə çirklənmə və yaşıllaşmaya məruz qalar.

Hovuzların təmizlənməsi sistemində düzgün seçim etmək çox vacibdir. Üzgüçülüyün fayda gətirməsi üçün hovuzda suyun keyfiyyətinə əsaslı şəkildə nəzarət etmək, onun saxlanmasının bütün zəruri şərtlərinə riayət etmək lazımdır.